Sabunçu və Nəsimi rayonunda oğurluq edənlər saxlanılıblar
2025-12-08 12:07:06
Hurriyyet.az xəbər verir ki, paytaxtın Sabunçu rayonunda mağazaların birində talama faktı olub. Rayonun Maştağa qəsəbəsindəki marketin saxlanc yerində müştərinin gödəkcəsindən 1700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 47 yaşlı R.Cəfərov müəyyən olunaraq saxlanılıb.
Nəsimi rayonunda isə bir nəfərə məxsus içərisində qızıl-zinət əşyası, 2 ədəd qol saatı olan çantanı talamaqda şübhəli bilinən X.Cəbrayılova da müəyyən edilərək saxlanılıb.
Hurriyyet.az
