Sabiq deputat Əmrullayevi həmdəmxəyal nazir adlandırdı
Milli Məclisin keçmiş üzvü, təhsil eksperti Etibar Əliyev Emin Əmrullayevi həmdəmxəyal nazir adlandırıb.
Hurriyyet.az-ın məlumatına görə, bu barədə sosial şəbəkə hesabında yazan ekspert E. Əliyev bildirib ki, nazir acınacaqlı bir durum yaradıb:
“Emin Əmrullayev AMEA-nın 80 illik Yubileyində çıxışının bir hissəsində deyir ki, elmi məqalə yazmaq elmdə formal xarakter daşıyır. Çıxışının digər hissəsində isə alimləri təbrik edir ki, Azərbaycan elmi məqalələrin sayına görə Postsovet məkanına daxil olan ölkələr içərisində xeyli irəliləyib.
3-4 il bundan əvvəl deyirdi ki, Ali məktəblərə tələbə qəbulunun sayını kəskin artırmaq lazımdır.
Ali məktəblərdə 150-200 bal toplayan tələbə əlindən tərpənmək mümkün deyil. İndi də deyir ki, tələbə sayını azaldıb keyfiyyəti artırmaq lazımdır.
Bu adam 3 ildən çoxdur ki, Bakı şəhəri üzrə Təhsil idarəsinə müdir vəzifəsinə kadr tapa bilmir. Bakı məktəblərinin tabe olduğu qurumda xaos hökm sürür.
Bilərəkdən belə vəziyyət yaradıb.
Təhsilin İnkişafı Fondunu da “ağ günə” çıxartdı.
Ağsu rayonunda “Azqranata” MMC-də maliyyə departamentinin direktoru vəzifəsində işləmiş İlqar Bayramlını Təhsilin İnkişafı Fondunun İdarə Heyətinə sədr əvəzi təyin etdi.
Əli Həsənovun pul ortağı (Kaspi liseyində) Elnur Əliyev isə böyük ənənəsi olan, vaxtilə professor Zahid Qaralovun, professor Abdulla Mehrabovun direktoru olduğu Təhsil İnstitutunu korrupsiya yuvasına çevirib. Orada tam anarxiya hökm sürür…
Missiya artıqlaması ilə həyata keçirilir”.
