Saat:00:41
Haqqımızda

Sabah bu ərazilərdə qaz olmayacaq

2025-11-26 21:06:53

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah paytaxtın bir sıra ərazilərində qaz kəsiləcək.

Hurriyyet.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar 27.11.2025-ci il saat 10:00-dan etibarən Bayıl qəsəbəsinin, 20-ci Sahənin, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsinin, Şüvəlan qəsəbəsi, Almaz İldırım, Ordubadi, S.Vurğun, Y.Qasımov, V.Orucov, A.Sultanova, Füzuli və Nizami küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.