Saat:22:51
Haqqımızda

Sabah bu ərazidə qaz olmayacaq

2025-11-13 20:07:35

Sabah bu ərazidə qaz olmayacaq

Xətai rayonu, H.Salmani küçəsində yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması işlərinin görülməsi məqsədilə sabah saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Hurriyyet.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, təmir işləri aparılan müddətdə H.Salmani küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.