Saakaşviliyə qarşı növbəti ittiham
Hurriyyet.az xəbər verir ki, Gürcüstan Baş Prokurorluğu eks-prezidenti Mixail Saakaşviliyə qarşı hökuməti devirmək çağırışları ilə bağlı ittiham irəli sürüb.
Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixail Saakaşviliyə və bir neçə müxalifət liderinə qarşı sabotaj və hakimiyyəti devirmək çağırışları ilə bağlı cinayət işi açıb.
Gürcüstanın baş prokuroru Georgi Qvarakidze bu barədə brifinqdə məlumat verib. Baş prokuror bildirib: "Mixail Saakaşvili, Georgi Vaşadze, Nika Qvaramiya, Nikanor Meliya, Zurab Qirçi Caparidze, Elene Xoştariya, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı dövlətə qarşı törədilmiş cinayətlərə, yəni, sabotaj, xarici dövlətə düşmənçilik fəaliyyətində kömək, konstitusiya quruluşuna və milli təhlükəsizliyin əsaslarına qarşı fəaliyyətin maliyyələşdirilməsinə və konstitusiya quruluşunun və ya dövlət hakimiyyətinin zorla devrilməsinə çağırışlara görə cinayət işi açılıb".
Hürr Tərcüman
