Saat:22:04
Haqqımızda

Saakaşvilidən SENSASİON AÇIQLAMA: "Öz əhalisinin üçdə birini..."

2025-11-19 20:18:56

Saakaşvilidən SENSASİON AÇIQLAMA:

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili “Gürcü Arzusu”nun qərarını şərh edib. Qərara əsasən, xaricdə yaşayan Gürcüstan vətəndaşları artıq xaricdə seçkilərdə səs verə bilməyəcəklər – bunun üçün onların mütləq ölkəyə qayıtmaları tələb olunur.

Bu barədə “Georgia Online” məlumat yayıb.

“Bu gün müşahidə etdiyimiz şey tamamilə nəzarətsiz sistemlərin klassik modelidir. Onların jarqonunda buna ‘bespredel’ deyilir. Rusiya bunu beynəlxalq sistemi dağıtmaq, daxildə özbaşınalıq yaratmaq və müharibə aparmaq üçün istifadə etdi.

Beynəlxalq nizamda yaranan boşluqdan Venesuela kimi bir neçə kiçik rejim, bəzi Afrika rejimləri və İvanişvili də istifadə etdi. O, Gürcüstan dövlətinin parçalanmasını bizim canlı yayımlarda izləməyimiz üçün yalnız özündən asılı olmayan telekanalları hələlik söndürmür.

Elə iki gün əvvəl Gürcüstan öz əhalisinin üçdə birini — emiqrantlarını itirdi. Bu ‘qəssablıq işi’ni başa vurduqdan sonra o, həm telekanalları bağlayacaq, həm də ölkədə qaranlıq tam hökm sürəcək. Mübarizə aparmaq lazımdır!”, - deyə Saakaşvili bildirib.\\Bakupost.az