Saakaşvili həbsdə Azərbaycan kanalını da izləyir
2025-11-13 21:18:02
“Bu dəfə həbsxana tamamilə doludur. Məni əvvəlkindən qat-qat çox həbsxana mühafizəçiləri izləyirlər”.
Bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında yazıb.
O, tibb müəssisəsindən həbsxanaya qayıtdıqdan sonra kamerasında Rusiya və Azərbaycan televiziya kanallarının olduğunu bildirib.
“Ən çox diqqət çəkən başqa bir şey isə mənim kameramdakı televiziya bir Azərbaycan kanalı istisna olmaqla, yalnız Rusiya kanallarını göstərir”, - siyasətçi vurğulayıb. \\Bakupost.az
