Saat:04:45
Haqqımızda

Rusiyaya nota verildi - Cari ildə üçüncü dəfə...

2025-09-08 23:01:43

Rusiyaya nota verildi - Cari ildə üçüncü dəfə...

Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq ona Rusiya helikopterinin ölkənin hava məkanını pozması ilə bağlı rəsmi nota təqdim edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd edilib ki, sentyabrın 7-də Rusiyaya məxsus Mi-8 helikopteri Vaindloo adası yaxınlığında icazəsiz Estoniya hava məkanına daxil olub və təxminən 4 dəqiqə orada qalıb.

Xarici işlər naziri Marqus Çakxnının sözlərinə görə, bu, daha bir ciddi və təəssüf doğuran hadisədir. Onun sözlərinə görə, bu, cari ildə il üçüncü pozuntudur.