Saat:18:35
Haqqımızda

Rusiyanın Ukraynaya irimiqyaslı hücumu - Atəş, qaranlıq, qurbanlar və dağıntılar...

2025-12-23 13:24:45

Rusiyanın Ukraynaya irimiqyaslı hücumu - Atəş, qaranlıq, qurbanlar və dağıntılar...

Hurriyyet.az xəbər verir ki, dekabrın 23-nə keçən gecə Rusiya Ukraynaya hücum edib. Nəticədə ölkənin bir neçə vilayətində mülki obyektlər və insanlar hədəfə çevrilib. Kiyevdə Svyatoş rayonunda çoxmərtəbəli evin pəncərələri zədələnib, mənzillərin birində sakinlərin çıxışına əngəl yaranıb. Atəş nəticəsində dörd nəfər yaralanıb, onlardan biri 16 yaşlı yeniyetmədir.
Kiyev vilayətinin Vışqorod rayonunda şəxsi ev dağıdılıb, 1949-cü il təvəlllüdlü qadın həlak olub, 3 nəfər yaralanıb. Jitomir vilayətində qanadlı raketlər və kamikadze dronlar yaşayış binalarını, özəl müəssisəsləri və mağazanı zədələyiblər. İkisi uşaq olmaqla, altı nəfər yaralanıb. 2021-ci il təvəllüdlü uşaq xəstəxanada dünyasını dəyişib. Bir uşaq və bir yetkin insanın müalicəsi davam edir. 
Odessa vilayətində energetika, liman, nəqliyyat və yaşayış infrastrukturları hücuma məruz qalıblar. Xmelnitski vilayətində 1953-cü il təvəllüdlü şəxs həlak olub. Ərazidə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Çerniqov vilayətində Rusiya dronları əsas infrastruktura zərbələr endiriblər. 
Kiyev də daxil olmaqla, ölkənin yeddi vilayətində elektrik enerjisinin verilməsində problemlər yaranıb.
Ukraynanın Baş naziri Yuliya Sviridenko Rusiya ordusunun Ukraynaya 600 dron və onlarla raketlə hücum etdiyini bəyan edib.
Əsas zərbə Qərb vilayətlərinin enerji infrastrukturuna endirilib. Bütün Ukrayna ərazisində elektrik enerjisi xətlərində qəzalar baş verib.
Hürr Tərcüman