Rusiyanın Suriyadakı hərbi bazaları müzakirə ediləcək
2025-10-15 16:08:12
Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ilə Suriyanın müvəqqəti Prezidenti Əhməd Əl-Şara Moskvada keçiriləcək danışıqlar zamanı Suriya ərazisində yerləşən Rusiya hərbi bazalarını müzakirə edəcəklər.
Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov TASS informasiya agetliyinin sualını cavablandırarkən bildirib. Peskov deyib: "Söhbət zamanı bu mövzunun qaldırılacağı aydındır. Bu, gözləniləndir".
Rusiyanın Suriyada iki hərbi obyekti var: Rusiya Hərbi Dəniz Qüvvələrinin Tartus liman şəhərindəki maddi-texniki təminat məntəqəsi və Latakiya əyalətinin Cəblə şəhəri yaxınlığında yerləşən Xmeymim aviabazası.
Hürr Tərcüman
