Saat:16:53
Haqqımızda

Rusiyanın "kölgə donanma"sının gəmisi müsadirə edilib

2025-12-10 15:44:35

Rusiyanın

Hurriyyet.az xəbər verir ki, Ukrayna Rusiyanın "kölgə donanması"nın gəmisini saxlayıb.
Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, Odessa Dəniz Limanındakı təhlükəsizlik qüvvələri Rusiyanın "kölgə" donanmasına daxil olan və dəfələrlə Krıma yan alan xarici yük gəmisini saxlayıblar. 
Gəmi Afrika ölkəsinin bayrağı üzsə də, istintaq nəticəsində onun sahibinin Milli Təhlükəsizlik və Müdafiə Şurasının tətbiq elədiyi sanksiyalar altında olduğu və məhdudiyyətlərdən yayınmaq üçün dəfələrlə adını dəyişdirdiyi aşkar edilib.
Təhlükəsizlik xidmətinin məlumatına görə, tammiqyaslı işğaldan əvvəl gəmi Sevastopolda ən azı yeddi dəfə (o cümlədən, 2021-ci ilin yanvar ayında Şimali Afrikaya təxminən 7000 ton taxıl daşıdığı zaman) lövbər salıb. Gəminin göyərtəsində Yaxın Şərqdən 16 heyət üzvü və kapitan olub. Axtarışlar zamanı qanunsuz səyahətləri təsdiqləyən sənədlər müsadirə edilib.
Dövlətə xəyanət və işğal olunmuş əraziyə giriş qaydalarını pozmaq da daxil olmaqla bir neçə maddə üzrə cinayət işi açılıb. Kapitan ittiham olunub. Məhkəmə qərarı ilə yük gəmisi müsadirə edilib və araşdırmadan sonra saxlanılması üçün Odessa Dəniz Limanına təhvil verilib.
Hürr Tərcüman