Saat:15:35
Haqqımızda

Rusiyanın Kiyevə hücumu zamanı dronlardan biri Azərbaycan səfirliyinin yaxınlığına düşüb

2025-07-10 16:45:23

Rusiyanın Kiyevə hücumu zamanı dronlardan biri Azərbaycan səfirliyinin yaxınlığına düşüb

İyulun 10-na keçən gecə Rusiya ordusunun Kiyevə kütləvi hava hücumu zamanı kamikadze dronlardan biri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşüb.

Hurriyyet.az AZƏRTAC-a istinadən xəbər verir ki, nəticədə səfirliyimizin yaxınlığındakı parklanma yerində 20-dən artıq avtomobil yanıb.

Qeyd edək ki, Kiyevə edilən çoxkombinasiyalı hava hücumunda azı iki nəfər həlak olub, 20-dən çox insan xəsarət alıb. Ümumilikdə, əsas hədəf Kiyev olmaqla, Ukraynaya 400 dron, 18 ballistik və müxtəlif tipli raketlər atılıb.


Load Time (S) : 0.495615