Saat:17:25
Haqqımızda

Rusiyanın hərbi-nəqliyyat təyyarəsi qəzaya uğradı - Heyət üzvləri...

2025-12-09 15:11:48

Rusiyanın hərbi-nəqliyyat təyyarəsi qəzaya uğradı - Heyət üzvləri...

Hurriyyet.az xəbər verir ki, Rusiyanın İvanovo vilayətinin Furmanovski rayonunda An-22 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Təyyarədə yeddi heyət üzvü olub. Onların taleyi hələlik məlum deyil.
"Shot" "Teleqram" kanalının məlumatına görə, təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsus ola bilər. Təcili yardım xidmətləri hadisə yerində işləyir və qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır. Qəzanın səbəbi hələlik açıqlanmayıb.
"Mash" "Teleqram" kanalının mənbələrə istinadla verdiyi məlumata görə, qəzaya uğrayan An-22 hərbi nəqliyyat təyyarəsinin heyəti, çox güman ki, sağ qalmayıb.
Təyyarədə yeddi nəfər olub. Xilasetmə xidmətləri heyət üzvlərinin və ya onların cəsədlərinin axtarışını davam etdirir. İndiyə qədər qəza yerində, Uvodskoye su anbarının yaxınlığında yalnız təyyarə qalıqları tapılıb.
İlkin məlumatlara görə, An-22 təmirdən sonra adi sınaq uçuşunda olub.
Hürr Tərcüman