Saat:01:39
Haqqımızda

Rusiyanın 5 ən böyük neftayırma zavodundan biri vuruldu – VİDEO

2025-10-04 11:44:17

Rusiyanın 5 ən böyük neftayırma zavodundan biri vuruldu – VİDEO

Ukrayna Ordusu Rusiyanın enerji infrastrukturuna daha bir ciddi zərbə endirib.

Hurriyyet.az xəbər verir ki, bu dəfə hədəf ölkənin beş ən böyük neftayırma müəssisəsindən biri – “Kirişneftorqsintez” zavodu olub. Zavod Leninqrad vilayətində yerləşir və illik istehsal gücü təxminən 20 milyon ton təşkil edir.

“Kirişneftorqsintez” Rusiyanın yanacaq və neft-kimya məhsulları istehsalında əsas müəssisələrdən sayılır. Burada istehsal olunan benzin və dizel yanacağı daxili bazarla yanaşı, ixrac üçün də istifadə olunur.

Hücum nəticəsində müəssisəyə dəymiş ziyanın miqyası və istehsal prosesinə təsiri barədə rəsmi məlumat hələ açıqlanmayıb. Bununla belə, ekspertlər hesab edirlər ki, bu kimi zərbələr Rusiyanın enerji təhlükəsizliyinə və neft məhsullarının ixrac imkanlarına ciddi təsir göstərə bilər.

Qeyd edək ki, Ukrayna Ordusu son aylarda Rusiya ərazisində yerləşən neftayırma zavodlarına və yanacaq anbarlarına zərbələri intensivləşdirib. Bu hücumların məqsədinin Rusiyanın hərbi maşının yanacaq təminatını zəiflətmək olduğu bildirilir.

AzPolitika.info