Rusiyanın 300 milyard dollarının taleyi necə olacaq?
2025-07-10 19:36:57
Hirriyyet.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merts Romada keçirilən, Ukraynanın bərpasına həsr olunmuş konfransdakı çıxışında Rusiya dövlətinin vəsaitlərinin dondurulmuş vəziyyətdə qalacağını bildirib.
Merts faizlərdən, aktivlərdən əldə edilən gəlirdən Ukraynaya dəstək üçün istifadə olunduğunu söyləyib.
Kansler Rusiyanın təcavüzü nəticəsində Ukraynaya dəymiş ziyanın təxminən 500 milyard avro təşkil etdiyini qeyd edib.
Ukraynada müharibənin başlanmasından sonra Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiyada Rusiyanın təxminən 300 milyard dollarlıq aktivləri dondurulub.
Hürr Tərcüman
