Saat:04:45
Haqqımızda

Rusiyada təyyarə QƏZAYA UĞRADI - ÖLƏNLƏR VAR- Yenilənib

2025-12-09 23:28:09

Rusiyada təyyarə QƏZAYA UĞRADI - ÖLƏNLƏR VAR- Yenilənib

Rusiyanın İvanovo vilayətinin Furmanov rayonunda "An-22" təyyarəsi qəzaya uğrayıb.

Hurriyyet.az musavat.com-a istinadla xəbər verir ki, təyyarədə yeddi ekipaj üzvü olub. Onların taleyi hələlik məlum deyil.

"Shot" Telegram kanalının məlumatına görə, təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsus ola bilər.

Təcili yardım xidmətləri hadisə yerində işləyir və qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Qəza ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

***

Rusiya İstintaq Komitəsi məlumatına görə, qəzaya uğrayan An-22 “Antey” hərbi-nəqliyyat təyyarəsinin bütün ekipaj üzvləri həlak olub.

Bildirilib ki, İstintaq Komitəsində uçuşa hazırlıq qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb.