Rusiyada partlayış qurbanlarının sayı artıb
2025-08-19 11:18:35
Hurriyyet.az xəbər verir ki, Rusiyanın "Elastik" zavodunun barıt sexində baş verən partlayış nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib. "Teleqram" kanalındakı məlumatda deyilir: "Lesnoy qəsəbəsindəki qəza-xilasetmə işləri ərazisində daha bir həlak olmuş şəxsin cəsədi aşkar ediib. Zərərçəkənlərin ümumi sayı 158 nəfərdir. Onlardan 25 nəfəri həlak olub".
Hadisə avqustun 15-də, səhər saatlarında baş verib. Sexlərin birində yanğın baş verib. Faktla bağlı cinayət işi açılıb, təhqiqat aparılır.
Hürr Tərcüman
