Rusiyada güclü zəlzələ oldu
2025-12-16 23:52:27
Rusiyanın Kamçatka diyarında 5,0 maqnitudalı zəlzələ qeydə alınıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialının teleqram kanalında bildirilib.
Məlumata görə, seysmik hadisə Petropavlovsk-Kamçatskidən 218 km məsafədə baş verib.
Zəlzələnin episentrinin dərinliyi 58,3 km olub.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.
