Saat:22:14
Haqqımızda

Rusiyada Azərbaycan diaspor təşkilatının rəhbəri həbs edilib

2025-10-17 11:51:59

Rusiyada Azərbaycan diaspor təşkilatının rəhbəri həbs edilib

Hurriyyet.az xəbər verir ki, Rusiyada Azərbaycan diasporunun rəhbəri həbs edilib.
Smolensk şəhərinin Leninski Rayon Məhkəməsi iş adamı və Smolensk vilayətinin Milli Konqresinin lideri Faiq Əliyevi enerji şirkətlərinə rüşvət verdiyinə görə 4 il ciddi rejimli həbsxana koloniyasına və 8,4 milyon rubl cəriməyə məhkum edib.
Məhkəmənin ittihamına görə, Əliyev Prestij restoran və mehmanxana kompleksinin faktiki elektrik xərclərini gizlətmək üçün 846 min 500 rubl ödəyib. İttihama görə, ödənilməmiş elektrik haqqı demək olar ki, bir milyon rubl təşkil edir.
Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti vermək niyyətindədir. İctimai xadimlər Əliyevin dürüst insan olduğunu bildiriblər.
Hürr Tərcüman