Rusiyada 8,7 bal gücündə zəlzələ oldu - Video
2025-07-30 09:24:27
Rusiyanın Severo-Kurilsk şəhərində 7,9 bal gücündə zəlzələ baş verib.
Bildirilib ki, sunami təhlükəsi elan edilib və sakinlər təxliyə edilir.
Həmçinin Rusiyanın Kamçatka bölgəsində də güclü zəlzələ baş verib. Qeyd olunub ki, yeraltı təkanlar 7-8 bal gücündə hiss olunub.
Kamçatkada yerləşən uşaq bağçalarından birinin divarı uçub, lakin itki yoxdur. Zəlzələdən sonra Yaponiyanın bütün Sakit okean sahil əraziləri üçün sunami xəbərdarlığı edilib.
***
Kamçatkada qeydə alınan zəlzələ 8,7 bal gücündə olub.
Bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Bildirilib ki, bu, 1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələdir.
Qafqazinfo.az
