Rusiya Xarkovu vurdu - Ölənlər və yaralı uşaqlar var
2025-11-17 09:52:10
Hurriyyet.az xəbər verir ki, noyabrın 17-nə keçən gecə Rusiya Ukraynanın Xarkov vilayətinin Balakliya şəhərinə raket zərbəsi endirib.
Hücum nəticəsində həlak olanlar var, çox sayda insan yaralanıb.
Balakliya Şəhər Hərbi Administrasiyasının rəisi Vitali Karabanov bildirib ki, gecə saatlarında endirilən raket zərbəsi nəticəsində üç nəfər həlak olub.
Karabanov bildirib: "Daha 10 nəfər yaralanıb. Yaralılar arasında 2011, 2007 və 2010-cu il təvəllüdlü uşaqlar da var. Yaralılardan 9-u xəstəxanaya yerləşdirilib, bir nəfər isə ambulator müalicə alır. Hər kəsə lazımi tibbi yardım göstərilib".
Hürr Tərcüman
