Rusiya Xarkovu vurdu - Çox sayda yaralı var
2025-11-19 11:55:42
Hurriyyet.az xəbər verir ki, Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbovun açıqlamasına görə, Rusiya qüvvələri 19 noyabr gecəsi 19 dronla Xarkova hücum edib. Hücum nəticəsində 36 nəfər yaralanıb. Onların arasında 9 və 13 yaşlı uşaqlar və 18 yaşlı gənc qız da var. Yaralılardan altı nəfəri xəstəxanalara aparılıb.
Hücm nəticəsində ona yaxın mülki avtomobil, bir yaşayış evi, supermarket, ona qədər binanın mənzilləri zədələnib, qarajlar, ofis binalarının damları yanıb.
Hürr Tərcüman
