Rusiya Xarkovda yaşayış binasını vurdu – Ölənlər var
2025-08-18 10:41:37
Rusiya Silahlı Qüvvələrinin Xarkovda çoxmərtəbəli binaya endirdiyi zərbələr nəticəsində 4 nəfər həlak olub, 18 nəfər isə xəsarət alıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
O qeyd edib ki, 5 nəfər itkin düşmüş hesab olunur:
"İlkin məlumata görə, onlar dağıntılar altında ola bilərlər".
Axar.az
