Saat:13:44
Haqqımızda

Rusiya və ABŞ xarici işlər nazirlərinin görüşü təxirə salınıb

2025-10-21 10:01:05

Rusiya və ABŞ xarici işlər nazirlərinin görüşü təxirə salınıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-nin dövlət katibi Marko Rubio arasında bu həftə gözlənilən görüş təxirə salınıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsünə istinadən CNN telekanalı məlumat yayıb.

"Ağ Evin sözçüsü CNN-ə bildirib ki, Rubionun rusiyalı həmkarı Sergey Lavrov ilə gözlənilən görüşü hələlik təxirə salınıb", - məlumatda deyilir.

Təxirə salınmanın səbəbləri hələ məlum deyil. Telekanalın mənbəsinin sözlərinə görə, Lavrov və Rubionun Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı fikirləri fərqlidir.

Report.az


Load Time (S) : 0.775638