Saat:18:56
Haqqımızda

Rusiya Ukraynanın nə qədər ərazisini işğal edib?

2025-08-30 17:00:46

Rusiya Ukraynanın nə qədər ərazisini işğal edib?

Rusiya ordusu hazırda Ukraynanın Luqansk vilayətinin 99,7 %-nə və Donetsk vilayətinin 79%-nə nəzarət edir.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.

O bildirib ki, Luqanskı tam nəzarətə alınması üçün 60 kv. km-dən az ərazi qalıb.

 

V.Gerasimov əlavə edib ki, Ukraynanın daha iki bölgəsinin böyük hissəsi - Zaporojye vilayətinin 74%-i və Xerson vilayətinin 76%-i Rusiya qüvvələrinin nəzarəti altındadır.

Baş Qərargah rəisi həmçinin bildirib ki, Rusiya ordusu Ukraynanın Sum vilayətində 210 kv. km ərazini və 13 yaşayış məntəqəsini də nəzarətdə saxlayır.

Axar.az