Saat:23:52
Haqqımızda

Rusiya Ukraynada təlim mərkəzini vurdu

2025-10-16 17:18:17

Rusiya Ukraynada təlim mərkəzini vurdu

Hurriyyet.az xəbər verir ki, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Təlim Mərkəzinə ballistik raketlərlə zərbələr endirib. Bu barədə "Cənub" operativ komandanlığı məlumat yayıb.
Ukrayna tərəfinin məlumatına görə, hücum səhər saatlarında, ölkə ərazisinə kütləvi zərbələr zamanı baş verib. Rusiya raketləri əvvəllər təhlükəsiz hesab edilən, cəbhə xəttindən arxada olan obyekti vurub.
Komandanlığın açıqlamasında deyilir: "Vaxtında xəbərdarlıq siqnalı verilməsinə və şəxsi heyətin sığınacağa yerləşdirilməsinə baxmayaraq, itkisiz ötüşmək mümkün olmayıb". Zərərçəkənlərin sayı dəqiqləşdirilməyib.
Hürr Tərcüman