Saat:16:44
Haqqımızda

Rusiya Ukraynada bazarı vurdu - Ölənlər var

2025-11-14 14:06:54

Rusiya Ukraynada bazarı vurdu - Ölənlər var

Hurriyyet.az xəbər verir ki, Rusiya Ukraynada bazara dronlarla hücum edib. Həlak olanlar var.
14 noyabr tarixində, səhər saatlarında Rusiya qüvvələri Odessa vilayətinin Çernomorsk şəhərindəki bazara kamikadze dronla hücum ediblər. Odessa vilayət hərbi administrasiyasının sədri Oleq Kiperin sözlərinə görə, hücum nəticəsində iki nəfər həlak olub, yeddi nəfər yaralanıb, yaralılardan bir qisminin vəziyyəti ağırdır. Zərərçəkənlərin sayı dəqiqləşdirilməkdədir.
Hücum nəticəsində şəhər meydanı, mağazaların fasadı, şəxsi nəqliyyat vasitələri zədələnib. Partlayış dalğası yaxınlıqdakı kollecin pəncərələrini çilik-çilik edib.
Hürr Tərcüman