Saat:18:34
Haqqımızda

Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün sənədlər hazırlanır - Zelenskinin açıqlaması

2025-12-23 16:33:32

Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün sənədlər hazırlanır - Zelenskinin açıqlaması

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibənin başa çatdırılması üçün sənədlərin hazırlandığını bəyan edib.
Zelenskinin "Teleqram" kanalında yazdığı məlumata görə, Rustem Umerov və Andrey Qnatovun başçılıq etdikləri Ukrayna nümayəndə heyətinin Amerika tərəfi, o cümlədən, ABŞ Prezidenti Donald Trampın komandasının təmsilçiləri ilə danışıqları uğurla keçib. 
Zelenski artıq bir neçə əsas sənədin layihələrinin hazır olduğunu bildirib. Həmin sənədlər ukraynanın təhlükəsizliyinin təminatını, müharibədən sonrakı bərpasını, həmçinin, münaqişənin bitməsindən sonra baza çərçivəsinin yaradılmasını nəzərdə tutur. 
Zelenski sülhə nail olmaq üçün Rusiyaya beynəlxalq təzyiqi gücləndirmək lazım olduğunu qeyd edib.
Hürr Tərcüman