Saat:16:58
Haqqımızda

Rusiya üçün döyüşən azərbaycanlı öldü - Foto

2025-12-25 12:04:15

Rusiya üçün döyüşən azərbaycanlı öldü - Foto

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Hurriyyet.az Gencexeber.az-a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Yasin Cəfərov Ukraynada gedən döyüşlərdə Rusiya tərəfdən vuruşarkən həyatını itirib.

Yaxınlarının verdiyi məlumata görə, sentyabrın 22-dən etibarən onunla əlaqə kəsilib və uzun müddət xəbər alınmayıb. Dekabrın 13-də Yasin Cəfərovun nəşi tapılıb. Dekabrın 16-da isə cənazə Gəncə şəhərinə gətirilərək dəfn edilib.

Qeyd edık ki, mərhum Rusiya vətəndaşı olub. Gəncə şəhərində böyüyən Yasin Cəfərov əslən Kəlbəcər rayonundandır. Onun Gəncədə evi olub və Azərbaycana gəlişləri zamanı burada qalırdı.

Yasin Cəfərovun bir oğlu yadigar qalıb.