Saat:14:00
Haqqımızda

Rusiya təhlükəsizlik arxitekturası ABŞ ilə dialoqda Avropanın yerini açıqladı

2025-12-22 11:05:41

Rusiya təhlükəsizlik arxitekturası  ABŞ ilə dialoqda Avropanın yerini açıqladı

Hurriyyet.az xəbər verir ki, Rusiya və ABŞ, digər məsələlərlə yanaşı, Avropa istiqamətində təhlükəsizlik arxitekturasını da müzakirə edirlər, lakin Avropanın bu dialoqda yeri yoxdur. “RİA Novosti”-nin məlumatına görə, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Maksim Buyakeviç bildirib.

Diplomatın sözlərinə görə, Moskva ilə Vaşinqton arasında həqiqətən də Avropa ölçüsü də daxil olmaqla təhlükəsizlik arxitekturası məsələlərinin müzakirə olunduğu rabitə kanalları mövcuddur.

"Bu, genişləndirilmiş dialoqdur. Təəssüf ki, hazırda bu dialoqda Avropanın özünə yer yoxdur", - deyə o bildirib.

Bundan əvvəl Buyakeviç ABŞ-ın hazırda ATƏT-də iştirakının parametrlərini nəzərdən keçirdiyini bildirmişdi. O, qeyd edib ki, onun çıxması bu strukturun sonu demək olacaq.

NURAY