Saat:00:17
Haqqımızda

Rusiya Sumı şəhərinə zərbə endirdi

2025-10-18 21:06:23

Rusiya Sumı şəhərinə zərbə endirdi

Rusiya ordusu növbəti dəfə Sumı şəhərini dronlarla hədəfə alıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə "RBC-Ukraine" məlumat yayıb.

Hücum nəticəsində şəhərin dəmiryolu infrastrukturuna ziyan dəyib. Sərnişin vaqonlarının və vağzal binasının pəncərələri sınıb. 

İlkin məlumatlara görə, xəsarət alan olmayıb./APA