Rusiya Polşa diplomatlarını qovur
2025-07-11 16:33:43
Hurriyyet.az xəbər verir ki, Polşanın Kalininqrad şəhərindəki konsulluğu bağlanır. RF XİN-in açıqlamasına görə, bu addım Polşa tərəfinin müvafiq addımlarına cavab olaraq atılıb.
Qərar barəsində Polşanın Rusiyadakı müvəqqəti işlər vəkilinə məlumat verilib. Konsulluq əməkdaşlarına avqustun 29-na qədər möhlət verilib.
Bundan əvvəl Polşa Rusiyanın Krakovdakı Baş konsulluğunu bağlayıb.
Hürr Tərcüman
