Saat:17:35
Haqqımızda

Rusiya ordusu Ukraynanın 3 vilayətində irəliləyir

2025-11-22 16:40:42

Rusiya ordusu Ukraynanın 3 vilayətində irəliləyir

Rusiya qoşunları Xarkov vilayətində iki kəndi işğal edib və bir sıra istiqamətlərdə irəliləyib.

Hurriyyet.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” analitik monitorinq qrupu məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu Xarkov vilayətinin Odradne və Boloqivka yaşayış məntəqələrini nəzarətə götürüb.

Bundan əlavə, onlar üç vilayətin 4 kəndi yaxınlığında irəliləyiblər. Söhbət Xarkov vilayətində Dvoriçanske, Donetsk vilayətində Krasnı Liman, Zaporojye vilayətində Zeleni Qay və Vısokye kəndlərindən gedir.