Rusiya ordusu Kiyevi vurdu: ölü və yaralılar var - Video
2025-07-31 09:38:41
Rusiya ordusu gecə saatlarında Kiyevə raket və PUA zərbələri endirib.
Hurriyyet.az xəbər verir ki, bunu Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko deyib.
Onun sözlərinə görə, zərbələr nəticəsində 6 nəfər ölüb, 50-dən çox sakin yaralanıb.
Qeyd edək ki, hücum zamanı yaşayış binalarına da zərbələr endirilib. Ən çox Svyatoşinsk və Solomensk rayonları zərər çəkib.
