"Rusiya Moldova üçün ən böyük təhlükədir" - NATO standartlarına keçid planı
2025-10-08 14:52:02
Hurriyyet.az xəbər verir ki, Moldovanın 2025-2035-ci illər üçün hərbi strategiyasında Rusiya Moldovanın təhlükəsizliyinə əsas təhdid adlandırılıb.
Sənəddə bildirilir ki, Rusiya ilə Ukrayna arasında müharibə Moldova ərazisinə keçə bilər. Kişinyov davam edən hərbi əməliyyatları təcavüz adlandırıb. Bundan başqa, Rusiya sülhməramlılarının Dnestryanı ərazisində olması təhlükə kimi müəyyən edilib.
Moldova milli ordusunun sayını üçdə biri qədər, müdafiə xərclərini isə ÜDM-nin 1 faizi qədər artırmağı planlaşdırır. Hərbi strategiya həmçinin silahlı qüvvələrinin modernləşdirilməsini və NATO standartlarına keçidi nəzərdə tutur.
Hürr Tərcüman
