Rusiya Kiyevi bombaladı – Ölü və yaralılar var
Rusiya qüvvələri gecə yarısından sonra paytaxt Kiyev də daxil olmaqla Ukraynaya raket və pilotsuz təyyarələrlə kütləvi hücuma keçib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko “Telegram” kanalında məlumat dərc edib.
Bildirilib ki, noyabrın 25-i səhər saat 7-ə olan məlumata görə, paytaxtda 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Peçersk rayonunda 22 mərtəbəli binanın bir hissəsi uçub və yanğın baş verib:
“Xilasedicilər sakinləri təxliyə ediblər. Dnepr rayonunda da çoxmərtəbəli bina yanıb. Kiyevin bəzi hissələrinə elektrik və su verilişi kəsilib”.
Ukrayna Energetika Nazirliyinin məlumatına görə, Rusiya qüvvələri pilotsuz uçuş aparatları və raketlərdən istifadə etməklə Ukraynanın enerji obyektlərinə genişmiqyaslı birləşmiş hücuma keçib.
Yeniavaz.com
