"Rusiya hərbçiləri öz postlarında diri-diri yanır..."- "ATEŞ" partizan hərəkatı
2025-08-08 13:22:20
Xerson vilayətinin işğal olunmuş hissəsində yerləşdirilmiş Rusiya qoşunları itki verməkdə davam edir. Hətta bu günlərdə bəzi rus əsgərləri öz postlarında diri-diri yanıb.
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, Ukraynanın əsasən Krım tatarlarından ibarət "ATEŞ" partizan hərəkatı məlumat yayıb.
“Ruslar Xerson vilayətinin işğal olunmuş hissəsindəki mövqelərində yanır”, - məlumatda belə deyilir.
Partizanlar izah ediblər ki, bu informasiya onlara Rusiya Silahlı Qüvvələrinin bir neçə motoatıcı alayındakı agentlər tərəfindən təsdiqlənib.
“Tavriya günəşi və Ukrayna Müdafiə Qüvvələri buna dəstək verir”, - deyə “ATEŞ” vurğulayıb.
S.Laçın
