Saat:21:02
Haqqımızda

Rusiya FİFA-ya qarşı alternativ turnir yaratmağa qərar verib

2025-11-24 19:31:51

Rusiya FİFA-ya qarşı alternativ turnir yaratmağa qərar verib

Rusiya FİFA-ya qarşı plan qurub. 

Beynəlxalq turnirlərdən kənarlaşdırılan Rusiya FIFA-ya təzyiq göstərmək və üzərindəki sanksiyaların qaldırılmasına nail olmaq üçün yeni addım atır.

Məlumata görə, Rusiya 8–12 komandanın iştirakı ilə yalnız öz ərazisində keçiriləcək alternativ Dünya Çempionatı təşkil etməyi təklif edib. Bu komandalar dünya çempionatına vəsiqə qazana bilməyən millilər olacaq. 

Turnirin məqsədi beynəlxalq arenada mövqelərini gücləndirmək və futbol ictimaiyyətinin diqqətini cəlb etməkdir.

Layihə reallaşacağı təqdirdə iştirakçı ölkələr belə ola bilər:

Rusiya (ev sahibi)

Çin

Kamerun

Nigeriya

Serbiya

Çili

Yunanıstan

Peru

Venesuela

Hazırda ideya yalnız plan mərhələsindədir və rəsmi təsdiq yoxdur.

 

\\Offsideplus.az