Saat:18:53
Haqqımızda

Rusiya doğum evini vurdu

2025-10-06 16:44:09

Rusiya doğum evini vurdu

Hurriyyet.az xəbər verir ki, oktyabrın 6-da, günorta saatlarında Ukraynanın Sumi şəhərinin Kovpakov rayonunda yerləşən perinatal mərkəz Rusiya dronu tərəfindən hücuma məruz qalıb. Bu barədə Sumi vilayətinin hərbi administrasiyasının başçısı Oleq Qriqorov məlumat verib.
Dron binanın damına düşüb, nəticədə yanğın baş verib. Fövqəladə Hallar Dövlət Xidmətinin əməkdaşları yanğını tez bir zamanda söndürüblər.
Sumidə səhər saatlarında hava həyəcanı elan edildiyi üçün doğum evinin əməkdaşları əksər xəstələri hücumdan əvvəl sığınacaqlara yerləşdirməyə imkan tapıblar.
Hücum zamanı doğum evinin  içərisində 166 nəfər olub - onlardan 35 nəfəri xəstə, 11 nəfəri uşaq, 120 nəfəri xəstəxana əməkdaşı olub. Müəssisənin 60 yaşlı işçisinin partlayışla əlaqədar halı pisləşib, ona yardım göstərilib. Başqa zərərçəkən yoxdur. 
Hürr Tərcüman