Rusiya Dnepri raketlə vurdu - Həlak olanlar var
2025-12-01 16:00:56
Hurriyyet.az xəbər verir ki, Rusiya qüvvələri Dnepr şəhərinə raket zərbəsi endiriblər. Bu barədə Dnepropetrovsk Regional Hərbi Administrasiyasının (DNT) rəisi vəzifəsini icra edən Vladislav Qayvanenko "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində üç nəfər ölüb, daha səkkiz nəfər yaralanıb. Xilasetmə xidmətləri hadisə yerində işlərini davam etdirir.
İlkin məlumata görə, yanacaqdoldurma məntəqəsinə və şəhərin müəssisələrindən birinə ziyan dəyib.
Hürr Tərcüman
