Saat:21:28
Haqqımızda

Rusiya BMT TŞ-nin sədri oldu

2025-10-01 13:44:43

Rusiya BMT TŞ-nin sədri oldu

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sədrliyi Rusiya Federasiyasına keçib. Bu ay BMT özünün 80 illik yubileyini qeyd edir.
Təşkilat 1945-ci il oktyabrın 24-də təsis edilib.
BMT TŞ-də sədrlik dövrü 1 ay davam edir. Sentyabr ayında bu vəzifəni Cənubi Koreya icra edib, noyabrda isə Syerra Leone icra edəcək. Rusiya axırıncı dəfə ötən ilin iyulunda bu vəzifəni icra edib.
Hürr Tərcüman