Rusiya "ATACMS" raketləri ilə vuruldu
2025-11-19 10:35:14
Hurriyyet.az xəbər verir ki, Ukrayna Rusiyanın Voronej şəhərinə Amerikanın "ATACMS" raketləri ilə zərbələr endirib.
Noyabrın 18-də Ukrayna Silahlı Qüvvələri Rusiyanın Voronej şəhərinə ABŞ istehsalı olan dörd ədəd "ATACMS" ballistik raketi ilə zərbələr endirib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın S-400 və "Pantsir" raket sistemləri bütün raketləri yaxalayıb, onların qalıqları gerontologiya mərkəzinin ilə uşaq evinin damlarına zərər vurub, ölən və ya yaralanan yoxdur.
Hürr Tərcüman
