Saat:18:56
Haqqımızda

Rusiya 317 PUA və 8 ədəd "İskəndər-K" raketi ilə hücuma keçdi! Kiyevdə yaşayış binası vuruldu! Ölənlər var

2025-07-31 11:30:13

Rusiya 317 PUA və 8 ədəd

Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, iyulun 31-nə keçən gecə Rusiya 317 ədəd dron və raketlərlə hücum edib. Hücumda 309 ədəd silahlı dron ilə 8 ədəd "İskəndər-K" qanadlı raketindən istifadə edilib. 
HHM sistemləri 291 zərbəni (288 dron ilə 3 "İskəndər-K" raketi) dəf etsə də, atəşin hədəflərə dəyməsi və məhv olunan obyektlərin qəlpələrin zərər verməsi halları olub. Qurbanlar var. Hücumun əsas hədəfi Ukraynanın paytaxtı Kiyev şəhəri olub.
Kiyevdə 5 ədəd "İskəndər-K" raketi hədəfə dəyib. Raketlərdən biri yaşayış binasına düşüb.
Həlak olanlar var. 
Hürr Tərcüman