Rubio: "Putin razıdır"
Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ötən gecə, amerikalı həmkarı Donald Tramp ilə telefon söhbəti zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyə razı olduğunu bildirib.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib. O, Trampın Putinlə telefonla danışdığı zamaı Amerika liderinin kabinetində olub.
Rubio "Foks Nyus" telekanalının efirində deyib: "Putinin "Əlbəttə, Zelenski ilə görüşərəm" deməsi faktı özlüyündə böyük əhəmiyyətə malikdir. Onların danışıqlardan yaxşı dost kimi çıxacaqlarını, yaxud sülh sazişi imzalayacaqlarını gözləmirəm. Lakin onların indi bir-biri ilə ünsiyyətdə olmaları vaktı mühümdür. Üç il yarı ərzində belə bir şey olmayıb. Bu, ölümlər və dağıntılar müharibəsi oldu".
Rubio ABŞ-nin Putin ilə Zelenskinin görüşünü təşkil etmək üçün çalışdığını söyləyib.
Hürr Tərcüman
