Saat:23:50
Haqqımızda

Rubio ilə Lavrov görüşəcəklər

2025-07-10 09:44:33

Rubio ilə Lavrov görüşəcəklər

Hurriyyet.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubio Malayziyada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşmək niyyətindədir. Bu barədə "Röyter" agentliyi Dövlət Departamentinin yüksək vəzifəli əməkdaşına istinadla məlumat verib. Agentliyin yazdığına görə, görüş bu gün - 10 iyul tarixində baş tuta bilər.
Bəlli olduğu kimi, hazırda Kuala-Lumpur şəhərində Cənub-Şərqi Asiya dövlətləri assosiasiyasının XİN rəhbərlərinin sammiti keçirilir.
Lavrov da АСЕАН təşkilatının tədbirlərində iştirak edir.
Hürr Tərcüman