Rostovda neft emalı zavoduna hücum edildi – Video
2025-08-21 10:00:07
Ukrayna Silahlı Qüvvələri Rostov vilayətinin Novoşaxtinsk şəhərində neft emalı zavoduna zərbələr endirib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumatda bildirilir ki, şəhər üzərində 5-ə yaxın partlayış səsi eşidilib.
İlkin məlumata görə, xəsarət alan yoxdur.
