Ronaldo Ağ Evdə - Video
Ötən gün Ağ Evdə ABŞ Prezidenti Donald Tramp tərəfindən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın şərəfinə rəsmi şam yeməyi təşkil edilib.
Hurriyyet.az xəbər verir ki, xüsusi qonaqlar arasında Portuqaliya yığmasının ulduzu Kriştianu Ronaldo da olub.
Tədbirdə həmçinin “Tesla” və “Apple” şirkətlərinin baş direktorları İlon Mask və Tim Kuk da iştirak edib.
“Oğlum Ronaldonun böyük fanatıdır. Barron onunla görüşdü və düşünürəm ki, indi mənə bir az daha çox hörmət edir, çünki səni onunla tanış etdim. Burada olduğun üçün təşəkkür edirəm, bu bizim üçün şərəfdir”, - Tramp qeyd edib.
Ronaldo da qarşılıqlı olaraq Trampa rəğbətini ifadə edib və ABŞ Prezidentinin “dünyanı dəyişdirə biləcək şəxslərdən biri” olduğunu bildirib.
Qafqazinfo.az
