Ronaldo 226-cı milli oyununda ilk dəfə qırmızı vərəqə ilə cəzalandı - VİDEO
2025-11-14 11:06:00
Ötən gecə DÇ-2026-nın seçmə mərhələsində İrlandiya və Portuqaliya yığmaları üz-üzə gəlib.
Hurriyyet.az Offsideplus.az-a istinadla xəbər verir ki, görüş irlandların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun ən maraqlı məqamı isə Kriştiano Ronaldonun qırmızı vərəqə ilə cəzalanmağı olub. O, 59-cu dəqiqədə komandasını azlıqda qoyub.
Bu, Ronaldonun 226-cı milli matçında ilk qırmızı vərəqəsi olub.
Həmin anları təqdim edirik:
