Restoranların Yeni il şənliyi - Qiymətlər
Bakıda 31 dekabr - Yeni il gecəsi restoranlarda bayram menyularının qiymətləri bəlli olub.
Hurriyyet.az xəbər verir ki, restoranların bəzilərinin qiymətlərini təqdim edir:
- “Çanaqqala” restoranı: Yemək, konsert proqramı daxil olmaqla, adambaşı qiymət 80-130 manat. 5-12 yaş arası uşaqlar üçün yarı qiymət, yaşı 5-dən kiçik olan uşaqlar üçün pulsuz;
- “La Marine Baku” restoranı: Bayram menyusu və şou proqramlar daxil qiymət adambaşı 100 manat, 5-12 yaş arası uşaqlar üçün yarı qiymət, yaşı 5-dən kiçik olan uşaqlar üçün pulsuz;
- “Sədəf” restoranı: Bayram menyusu və şou proqramlar daxil qiymət adambaşı 100 manat;
- “Xan Baku” restoranı: Konsert proqramı və menyu daxil olmaqla, qiymətlər 120-140 manat;
- “Baku Castle”restoranı: Menyu, şou proqram, ardınca atəşfəşanlıq daxil olmaqla, qiymət adambaşı 140 manat;
- “Lido” restoranı: Konsert proqramı və menyu daxil olmaqla, qiymətlər 150 - 200 manat;
- “Valentino Baku” restoranı: Konsert proqramı və menyu daxil olmaqla, qiymət 160 manat;
-“Glass” restoranı: Konsert proqramı və menyu daxil olmaqla, qiymət 160 manat;
- ADA restoranı: Konsert proqramı və menyu daxil olmaqla, qiymətlər 150-180 manat;
- “Cratos” restoranı: Menyu, konsert proqramı daxil olmaqla, bir nəfərlik biletin qiyməti 150-200 manat, 5-12 yaş arası uşaqlar üçün yarı qiymət, yaşı 5-dən kiçik olan uşaqlar üçün pulsuz;
- “Niaqara” restoranı: Konsert proqramı və menyu daxil olmaqla, qiymətlər 150-200 manat arası, 6 yaşına qədər uşaqlar üçün isə pulsuz;
- “Nar Şərab” restoranı: Yemək, konsert proqramı daxil olmaqla, bir nəfərlik biletin qiyməti zala görə 160-270 manat, 5-12 yaş arası uşaqlar üçün yarı qiymət, yaşı 5-dən kiçik olan uşaqlar üçün pulsuz;
- “Mənzərə” restoranı: Bayram menyusu və şou proqramları daxil qiymət adambaşı 250-300 manat;
- “Hilton Baku” otelində yerləşən “CİLANTRO” restoranında Yeni il gecəsi adambaşı 200 manat, 5-12 yaş arası uşaqlar üçün yarı qiymət, yaşı 5-dən kiçik olan uşaqlar üçün pulsuz. Həmçinin uşaqlar üçün santa və şou proqramlar da keçirilir;
- “SKY GRİLL” restoranında qiymət band qrupu, şou proqram, set menyu ilə içkilər daxil adambaşı 400 manat;
- “360 BAR”da isə uşaqlara icazə yoxdur. Set menyu, içkilər, santa band və fərqli şou proqramları daxil olan Yeni il şənliyi adambaşı 490 manat;
- “Manqal Steak Haus” restoranı: Yemək, konsert proqramı daxil olmaqla, bir nəfərlik biletin qiyməti 400 manat, 5-12 yaş arası uşaqlar üçün yarı qiymət, yaşı 5-dən kiçik olan uşaqlar üçün pulsuz.
Axar.az
