Saat:17:59
Haqqımızda

Rəqibini döydü, 99 illik diskvalifikasiya edildi

2025-11-15 15:11:24

Rəqibini döydü, 99 illik diskvalifikasiya edildi

İsrailin “Yermiyahu Holon” futbol klubunun adı açıqlanmayan 17 yaşlı oyunçusu 99 il müddətinə diskvalifikasiya edilib.

Hurriyyet.az xəbər verir ki, buna səbəb onun rəqibini döyməsi olub. 

Belə ki, oyunçunun paltardəyişmə otağında digər futbolçuya hücum etməsinin görüntüləri yayılıb. Bundan sonra klub onu heyətdən kənarlaşdırıb.

İsrail Futbol Assosiasiyasının qərarına əsasən, qaydanı pozan futbolçu 2124-cü ilin noyabrında yenidən meydana çıxa biləcək.

O, həmçinin 2,5 min şekel (təxminən 1349 AZN) məbləğində cərimələnib.

Qafqazinfo.az